Ölkə futbolu
Stuxlik “Futbolinfo”ya danışdı: “Onu beynəlxalq oyunlara hazırlayırıq”
Fritz Stuxlikin öz planı var imiş. AFFA Hakimlər və Hakim-İn…
Fritz Stuxlikin öz planı var imiş. AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədrinin Akif Əmrəlini 4-cü hakim təyin etməsi bununla bağlıdı.
Topaz Premyer Liqasının 11-ci turunun “Sumqayıt” – “Keşlə” matçında ehtiyat hakim olacaq Əmrəlinin təyinatı birmənalı qarşılanmadı. Yan xətt hakiminin birdən-biri 4-cü olması onun həm də baş hakim kimi meydana çıxması ehtimalınl yaradır. Görüşü idarə edəcək Əliyar Ağayev hər hansı zədə alarsa, bu zaman məhz Akif fiti əlinə almalıdı. Amma heç vaxt oyun idarə etməyən, ancaq bayraq daşıması ilə tanınan birinin bu vəzifəyə hazırlığı şübhə doğurur.
Bu, həm də Əsasnamə pozuntusu olduğundan komitə sədrinin fikrini öyrənmək lazım idi. Stuxlik futbolinfo.az saytına açıqlamasında bunu bilərəkdən etdiklərini dedi: “Akifi sınaqlarda yoxlamışıq. O, buna hazırdı. Biz bu hakimi beynəlxalq oyunlara ehtiyat hakim kimi göndərmək niyyətindəyik, onu buna hazırlayırıq. Bu üzdən çempionat matçlarında sınamağa qərar vermişik. Hər hansı problem olmayacaq, o, bütün vəziyyətlərə hazır olmalıdı”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”