Ölkə futbolu
“Neftçi” “Zirə” ilə oyuna hazırlığı başa vurdu
“Neftçi” Topaz Premyer Liqasının 11-ci turunda qa…
“Neftçi” Topaz Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığını başa vurub.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün klub bazasında oyundan öncə son məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və Məhəmməd Mirzəbəyovdan başqa bütün futbolçular iştirak ediblər.
Xatırladaq ki, 8-ci km stadionunda baş tutacaq "Neftçi” – "Zirə” matçına sabah saat 19:30-da start veriləcək. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN olan oyun biletlərini oyunun keçiriləcəyi 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü.