Dünya futbolu
Premyer Liqa klubunda yeni müqavilə: Həftəsinə 300 min qazanacaq
İngiltərə çempionu “Mançester Siti” futbo…
İngiltərə çempionu “Mançester Siti” futbolçusu Rahim Sterlinqlə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb. Əvvəlki müqavilənin müddəti gələn mövsümün sonunda başa çatacaqdı.
İngiltərə mətbuatının yazdığına görə, Sterlinq yeni müqaviləyə əsasən, həftəsinə 300 min funt-sterlinq qazanacaq.
Sterlinq 2015-ci ildən “Mançester Siti”də oynayır. Həmin vaxt 49 milyon funt-sterlinqə “Liverpul”dan transfer olunan futbolçu ötən mövsüm 23 qol vurmuşdusa, bu mövsüm 14 matçda 6 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə