Premyer-liqa
Rekord və yubiley
Topaz Premyer Liqasının 11-ci turu “Zirə”nin futbol&cce…
Topaz Premyer Liqasının 11-ci turu “Zirə”nin futbolçusu Adil Nağıyev üçün ikiqat əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” ilə səfər oyunu müdafiəçinin komandada yubiley – 100-cü matçı kimi tarixə düşüb.
O, klub tarixində “100”ə çatan ilk futbolçu olub. Bu müddətdə müdafiəçi 6 dəfə qol sevinci yaşayıb.
Adil “Zirə”də ilk oyununu 2015-ci il fevralın 21-də keçirib. O, Birinci Divizionun “Qaradağ Lökbatan”la “Dalğa Arena”dakı matçında debüt edib. Nağıyev ilk oyunda vurduğu qolla 2:0 hesablı qələbədə pay sahibi olub.
Birinci Divizionda 11 oyunda 3 qol vuran müdafiəçi Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə “Zirə”nin formasını geyinib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var