Dünya futbolu
“Borussiya” “Bavariya”nı məğlub yola saldı
Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları ke&c…
Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
“Fortuna” “Herta”nı, “Hoffenhaym” isə “Auqsburq”u məğlub yola salıb.
“Maynts” səfərdə “Frayburq”a, “Ştutqart” “Nürnberq”ə, Münhenqladbax “Borussiya”sı isə “Verder”ə qalib gəlib.
Turun mərkəzi qarşılaşması Dortmundda baş tutub. Lider "Borussiya" "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı matç dortmundluların əzmkar qələbəsiylə başa çatıb.
Almaniya Bundesliqası
11-ci tur
9 noyabr
Hannover – Volfsburq 2:1
Qol: Maina, 31. Bebu, 63-pen – Veqorst, 82.
10 noyabr
Fortuna – Herta 4:1
Qol: Usami, 50. Henninqs, 63. Raman, 84; 90 – Selke, 88.
Frayburq – Maynts 1:3
Qol: Sallai, 72 – Qbamin, 6. Mateta, 18. Onisivo, 75.
Hoffenhaym – Auqsburq 2:1
Qol: Kramariç, 65. Nelson, 83 – Finnboqason, 69.
Nürnberq – Ştutqart 0:2
Qol: Baumqartl, 68. Tommi, 82.
Verder – Borussiya (Münhenqladbax) 1:3
Qol: N.Şahin, 59 – Plea, 39; 48; 52.
Borussiya (Dortmund) – Bavariya 3:2
Qol: Roys, 49-pen; 67. Alkaser, 73 – Levandovski, 26; 52.
11 noyabr
18:30 Leyptsiq – Bayer
21:00 Ayntraxt – Şalke
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…