Dünya futbolu
Şeydayev oynadı, komandası məğlub oldu
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları…
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Axmat”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ramil də bu görüşün iştirakçısı olub. Millimizin üzvü 65-ci dəqiqədə meydana buraxılıb.
“Krılya Sovetov” 14 turdan sonra 14 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.