Dünya futbolu
İsrafilovun komandası liderliyi ələ keçirdi
Futbol üzrə İspaniya Sequndasında 13-cü turun oyunları k…
Futbol üzrə İspaniya Sequndasında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Luqo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0.
İsrafilov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Hazırda 27 xala malik “Alkorkon” 22 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.