Dünya futbolu
Quliyevli “Rostov”dan Moskva “Dinamo”su ilə heç-heçə
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları…
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb.
“Rostov” hazırda 23 xalla 4-cü pillədə qərarlaşıb.