Dünya futbolu
Dənizin komandasından ilk məğlubiyyət
Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Dəniz də bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.
Bu tura qədər cəmi 1 oyunda heç-heçə etməklə xal itirən “Gənclərbirliyi” ilk məğlubiyyətinə baxmayaraq, hazırda 31 xalla 18 kollektiv arasında 1-cidi.