Dünya futbolu
Erat üçün 73 dəqiqə və 1 xal
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 17-ci …
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 17-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vattenşayd 09” ilə qarşılaşıb. Eratın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
“Ştralen” geridə qalan turlarda 22 xal toplayıb və 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.