Dünya futbolu
Azər Əliyevli “Ufa” Moskva “Spartak”ına qalib gəldi
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları…
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Spartak”ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Azər də bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
“Ufa” hazırda 14 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.