Premyer-liqa
Tərlan Əhmədov: “Rəqibə görə belə taktiki sxem seçmişdim”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topa…
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
– Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanın kompakt oynamasına çalışdıq. Hücumda daha aqressiv idik. Dəyişiklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq.
– Vaqif Cavadovun yoxluğu nəylə bağlıdı?
– Onun 3-4 gündür hərarəti var, müalicə alır.
– Amil Yunanov niyə belə yaxşı oynadı?
– Onunla təkbəkək söhbətim oldu. Bilirəm ki, istəkli, aqressiv hücumçudu. Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. İstədiyimin 50-60 faizini ortaya qoya bildi.
– Ebrima Sohna göndəriləcək?
– Heç bir siyahım yoxdu. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Həmin mövqedə çıxış edən futbolçulardan razıyam. Ola bilər ki, qışadək 1 tur qalmış söhbətimiz oldu. Hər halda, komandada futbolçu sarıdan artım olacaq.
– "Neftçi”də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədi?
– O, təcrübəli futbolçudu. Azərbaycanda da oynayıb. İndiyədək "Keşlə”də az oynayıb. Dörd hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki, özündən asılıdı.
– "Sumqayıt”la ilk dövrədəki oyunun xüsusi analizi olmuşdu?
– Bütün oyunları, komandanın funksional hazırlığını təhlil etmişdim. Bu, təkcə "Sumqayıt”la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim.
– "Keşlə”dən gedən futbolçuların yeri görünürmü?
– Həmişə demişəm ki, əvəzolunmaz futbolçu yoxdu, təkrarolunmaz var. Gedənlərin heç birinin yeri görünmür. Onlara uğurlar arzulayıram. İndiki futbolçuların hamısından razıyam.
– Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?
– (gülür) Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdı. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidi. (Sportnet)
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı