Dünya futbolu
İtaliyada yeni rekord: 4-cü dəfə ən yaxşı baş məşqçi seçildi
İtaliyanın “Yuventus” klubunu çalışdıran Massi…
İtaliyanın “Yuventus” klubunu çalışdıran Massimiliano Alleqri İtaliya A Seriyasının 2017/18 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
Futbolinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis karyerasında dördüncü dəfə “Qızıl skamya” mükafatına layiq görülüb.
17 səs yığan Alleqri ən yaxın izləyiciləri – "Napoli"ni İngiltərənin "Çelsi" komandasına dəyişən Mauritsio Sarri və "Latsio"nun “sükanı arxası”ndakı Simone İnzaqini 9 səs qabaqlayıb.
Bununla da "Yuventus"un baş məşqçisi yeni rekord müəyyənləşdirib. O, hərəyə 3 dəfə ən yaxşı sayılmış Marçello Lippi, Antonio Konte və Fabio Kapellonu üstələyib.
Alleqri daha öncə 2011-ci ildə "Kalyari"də, 2015 və 2016-cı illərdə isə Yuventus"da ən yaxşı baş məşqçi seçilmişdi.
Qeyd edək ki, "Yuventus" ötən mövsüm Alleqrinin rəhbərliyi altında İtaliya çempionu olub. Turin təmsilçisi cari mövsümdə də kifayət qədər inamlı təsir bağışlayır və sonda növbəti çempionluğunu rəsmiləşdirəcəyi demək olar ki, şübhə doğurmur.