Dünya futbolu
“Real”ın tarixində belə debüt olmamışdı
Santyaqo Solari İspaniyanın “Real” klubunun tarixinə d&…
Santyaqo Solari İspaniyanın “Real” klubunun tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi baş məşqçini əvəz edən Santyaqo Solarinin rəhbərliyi altında keçirdiyi ilk 4 qarşılaşmada qalib gəlib.
Vurulan və buraxılan topların fərqi isə belədi – 15:2.
Bu da “Real”ın 116 illik tarixində ən yaxşı göstəricidi. İndiyə qədər 5 məşqçi debütdə ardıcıl 4 oyunda qələbə qazansa da, onlarda top fərqi aşağı olub.
Qeyd edək ki, “kral klubu”nun ikinci komandasının çalışdırıcısı olan Solarinin baş məşqçi postunda saxlanılması ehtimalları gündən-günə artır. 42 yaşlı mütəxəssisin bu uğuru ilə uzunmüddətli müqavilə bağlamağı təmin etdiyi iddia olunur.
La Liqanın son turunda “Selta” ilə oyundan sonra “Real”ın müdafiəçisi Alvaro Odriosola da mətbuata verdiyi açıqlamada bildirib ki, Solarinin komandada qalması üçün meydanda ölməyə hazırdılar.
Solari hələ baş məşqçi kimi çalışmayıb. O, karyerasını 2011-ci ildə bitirib.