I Liqa
“Zirə” şikayət edəcək – AFFA İK-nın qərarını dəyişəcək?
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclas?…
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclasında Birinci Divizionun 10-cu turu çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Zirə-2” matçında qonaq komandanın heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə, paytaxt klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futbolinfo.az xəbər verir ki, “Zirə” klubu buna görə 800 manat cərimə də olunub.
Lakin paytaxt təmsilçisi bu qərarla razı deyil. Belə ki, “Zirə” rəhbərliyi tezliklə apellyasiya şikayəti verəcək. Qəsəbə təmsilçisi AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək, İntizam Komitəsinin qərarının ləğv olunmasını tələb edəcək.
Xatırladaq ki, sözügedən oyunda “Zirə” 3:2 hesabıyla qalib gəlib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd