Dünya futbolu
Qonsalo İquaynın cəzası bəlli oldu
İtaliyanın Milan klubunun hücumçusu Qonsalo İquayn 2 oy…
İtaliyanın Milan klubunun hücumçusu Qonsalo İquayn 2 oyunluq cəzalanıb.
Futbolinfo.az xəbər verir ki, buna 31 yaşlı hücumçunun İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Yuventus”a qarşı keçirdikləri ev oyununda qırmızı vərəqə ilə cəzalanması səbəb olub.
Argentinalı forvard 83-cü dəqiqədə sarı vərəqə alıb. Lakin o, qarşılaşmanın baş hakimi Paoli Matsoleni ilə mübahisə etdikdən sonra ikinci sarı vərəqəni alıb və meydandan qovulub.
Sözügedən oyun isə “Milan”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, İquayn "Parma" və "Latsio" ilə oyunlarda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, argentinalı hücumçu bu mövsümün əvvəlində məhz "Yuventus"dan "Milan"a transfer olunub.