Milli komanda
Foqts Dadaşovdan danışdı
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşq&c…
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts yığmamızın hücumçusu Rüfət Dadaşovla bağlı açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, “Bild”ə danışan 71 yaşlı mütəxəssis Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Proyssen”in 27 yaşlı hücumçusu haqda müsbət fikirlər səsləndirib:
“Rüfət Dadaşovda 2-ci Bundesliqa üçün tələb olunan keyfiyyətlər var. O, topu yaxşı idarə edir və hədəfin harada olduğunu bilir. Siz onu hər zaman daha yaxşı oynamasına təşviq etməlisiniz. Onunla işləmək mənim üçün çox əyləncəli idi".
Foqts Dadaşovun 4 ildən sonra milliyə qayıtmağına sevindiyini söyləyib: "Bu, Rüfəti daha da gücləndirir. “Proyssen" bundan xeyir götürəcək”.
Qeyd edək ki, Foqts Dadaşovu ilk dəfə 2003-cü ildə millimizə çağırıb. O, 2003-2014-cü illərdə meydana çıxdığı 16 oyunda 4 qol vurub.