Dünya futbolu
Azərbaycanlı klub sahibi sabiq “Xəzər Lənkəran”lını qovdu
Türkiyənin 2-ci liqasında “Qırmızı qrup”da m&uum…
Türkiyənin 2-ci liqasında “Qırmızı qrup”da mübarizə aparan “Darıca Gənclərbirliyi” klubu baş məşqçi Oktay Dərəlioğlu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin baş məşqçi Dərəlioğlu ilə yanaşı, idman direktoru Hakan Menekşe ilə də yollarını ayırdığı bildirilib.
“Darıca Gənclərbirliyi” bir neçə gün əvvəl bütün haqları ilə birlikdə azərbaycanlı iş adamı Rauf İsmayılova satılıb.
Oktay Dərəlioğlu 2004/05 mövsümündə “Xəzər Lənkəran”da forma geyinib.