Bizi izləyin

Müsahibə

“Xüsusilə Tovuza görə təəssüflənirəm” – Georgi Nikolov

“İnter”in (hazırkı “Keşlə”) sabiq prezide…

blank

“İnter”in (hazırkı “Keşlə”) sabiq prezidenti Georgi Nikolov qol.az-a müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycanda çalışdığı dövrü xatırlayan bolqarıstanlı iş adamı maraqlı fikirlər səsləndirib:

– Azərbaycandan getdikdən sonra nə işlə məşğul olursunuz? Deyəsən, artıq futboldan kənardasınız…
– Bəli, artıq futbolun içində deyiləm. Öz biznesimlə məşğulam. Əsasən məsləhətçi kimi xidmət göstərirəm.

– Uzun illər bu sahədə çalışmısınız. İndi futbolsuz sizə çətin deyil?
– Artıq yox. Əvvəllər bir az darıxırdım. İndi isə görürəm ki, futbolsuz da yaşamaq olar.

– Azərbaycandakı son iliniz daha çox xoşagəlməz hadisələrlə yadda qaldı. Bəlkə buna görə futbol artıq sizə maraqlı gəlmir?
– “İnter” mənim sevimli klubum idi. Ancaq o, 2017-ci il oktyabrın 28-də “öldü”. Bax, bu, məni çox incitdi.

– Bəs “Keşlə”?
– “Keşlə”nin rəhbərliyinə hörmətlə yanaşıram. Amma bu, mənim klubum deyil. Mənə görə, “Keşlə” “İnter”in bütün tarixini və ləyaqətini mənimsədi. Ancaq “Keşlə” “İnter” deyil! Başa düşürsünüz, biz “İnter”i götürəndə o, “çirkin ördək balası” idi. Biz onu gözəl, zərif “qu quşu”na çevirdik. Sonda da həmin “qu quşu”nu bizdən oğurladılar və adını “Keşlə” qoydular. Bunu qəbul edə bilmirəm.

– “İnter”i sizdən kim oğurladı?
– AFFA hələ 2007-ci ildə “İnter”in adını dəyişib, “Keşlə” qoymaq istəyirdi. Amma həmin vaxt alınmadı. Bir il sonra yenidən cəhd etdilər. Yenə baş tutmadı. 2015-ci ildə yenə bu məsələ gündəmə gəldi. Nəhayət, 2017-ci ildə bacardılar. İndi federasiya “Keşlə”ni saxlamaq üçün ona pul ayırır. Ona görə də kluba istədiyi adı qoya bilər.

– İlk 3 cəhddə klubun adının dəyişidirilməsinə kim mane oldu: siz, yoxsa?…
– Mən şiddətlə buna qarşı çıxdım. Yəqin, Ramin Musayev onunla söhbətimizi xatırlayır. 2015-ci ildə AFFA-nın baş katibinə də dedim ki, nə qədər mən bu klubun prezidentiyəm, adı “İnter” olacaq. Heç bir “Keşlə”dən söhbət gedə bilməz. Düşünürəm ki, bu, Elxan Məmmədovun da yadındadı. Yeri gəlmişkən, “Keşlə” bizim dildə “anbar” deməkdir. Sizcə, bir klubun adını dəyişib “anbar” qoymaq necə ola bilər?

– Sizin dilinizdə yaxşı səslənməyə bilər…
– Səslənməyi bir tərəfə, klubun loqosu və rənglərini dəyişdilər. Sanki “İnter”lə bağlı hər şey silinməli, heç bir xatirə qalmamalı idi. Elə bil internetdə heç bu adda komanda mövcud olmayıb. Belə çıxır ki, “Keşlə” 2004-cü ildən fəaliyyət göstərir.

– Azərbaycanda, “İnter”də keçirdiyiniz illəri necə xatırlayırsınız?
– Azərbaycanda keçirdiyim illər həyatımın ən xoşbəxt anlarından biridi. İnanın, bunlar boş sözlər deyil. Sizin vətəninizi, xalqınızı sevirəm. Orada düşmənlərim yoxdur, hamısı mənim dostlarımdır. İnanıram ki, onlar da məni bu cür qəbul edirlər.

– Futbolumuz kənardan necə görünür?
– Bolqarıstanda insanlar Azərbaycan futbolu haqda az bilirlər. İndi “Qarabağ”da bolqar futbolçu var – Simeon Slavçev, hərdən sizin futbolunuz haqda yaxşı şeylər yazırlar. Ümumilikdə isə məlumat çox azdır.

– Azərbaycan futbolunu izləyirsiniz?
– “Qarabağ”ın Avroliqadakı, çempionatdakı çıxışını izləyirəm. Mənə elə gəlir ki, komandanın əvvəlki motivasiyası, canlılığı, aqressivliyi qalmayıb. Bilmirəm, bəlkə də yanılıram. Milli komandanız da gözlənilən oyunu göstərmir. Premyer Liqada cəmi 8 komanda qalıb. Bu, yaxşı hal deyil. Birinci liqa yalnız şou üçündür. Əvəzediciləri də divizion klublarına birləşdirdilər. Bu isə yaxşı heç nə vəd etmir. Çünki 2007/2008-ci illərdə də belə idi.

– Uzun illər Azərbaycanda işləmisiniz. Sizcə, futbolumuzun əsas problemi nədədir?
– Çox çətin sualdır. Bilmirəm, bəlkə də futbolunuzda klublara dəstək verə bilən kifayət qədər güclü maliyyə dayaqları yoxdur. SOCAR” “Neftçi” və “Sumqayıt”ı, “Azersun” “Qarabağ”ı, “Gilan” “Qəbələ”ni maliyyələşdirir. Bu qədər… Digərləri isə AFFA-nın hesabına ayaqda qalmağa çalışır. Mənə elə gəlir ki, əsas problem bundadır. Halbuki yaxşı material var. Tovuz, Gəncə, Sumqayıt ölkənin əsas futbol şəhərləridir.

– Ancaq sizin sadaladığınız Gəncə və Tovuz kimi şəhərlərdə bu gün futbol yox dərəcəsindədir…
– Hə, xüsusilə Tovuza görə təəssüflənirəm. Orada elə istedadlar yetişir ki… Amma onları həvəsləndirən heç nə yoxdur. Ən əsası isə klubları Premyer Liqada çıxış etmir.

– Bayaq qeyd etdiniz ki, başlıca problem maliyyə ilə bağlı ola bilər. Ancaq hazırda elə ölkələr var ki, futbola bizdən da az vəsait qoyurlar, qarşılığında isə ciddi uğurlar qazanırlar…
– Futbol zənginlər üçün oyuncaqdır. İspaniya, Fransa, İtaliya, Almaniya, İngiltərə kimi nəhənglərlə yerdə qalan ölkələrin futbolu arasında böyük uçurum var. Xorvatlar isə kiçik istisnadır. Amma ümumiyyətlə, hər şey buna doğru gedir: futbol oliqarxları futbol proletariyasına qarşı-qarşıyadır.

– Millətlər Liqasında şanslarımızı necə qiymətləndirirsiniz?
– Çox zəif. Qrupda yalnız bir – səfərdə Farer adalarına qarşı qələbəniz var. Düzdür?

– Bəli. Hazırda qrupda ikinci pillədəyik. Lider Kosovo ilə 2 xallıq fərq var.
– Və sizin yığmanız Kosovo, Maltanı uda bilmədi. O Kosovonu ki, çempionatları və milliləri cəmi bir neçə ildir formalaşıb. Özünüz nəticə çıxarın. Çempionu hər il Avroliqa və Çempionlar Liqasında oynayan Azərbaycanın yığma komandası hansısa Kosovonun qarşısında çətinlik çəkir. Əslində isə belə olmamalıdır.

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-20 14:31

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

blank
Ölkə futbolu2024-05-20 14:17

II Liqada 26-cı turun təyinatları açıqlandı

blank
Digər idman növləri2024-05-20 14:00

Azərbaycanın daha bir paraatleti dünya çempionu oldu

blank
Digər idman növləri2024-05-20 13:45

Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirdi

blank
Digər idman növləri2024-05-20 13:31

Azərbaycan karateçiləri AÇ-də üç medal qazandılar

blank
Digər idman növləri2024-05-20 13:14

Azərbaycan boksçularından Qazaxıstanda 2 medal

blank
Digər idman növləri2024-05-20 12:59

Karlsen Mərakeşdə çempion oldu

blank
Digər idman növləri2024-05-20 12:41

“Mövsümün ən pis oyununu sərgilədik”

blank
Premyer-liqa2024-05-20 12:26

Səfərdə 50-ci darmadağın

blank
Digər idman növləri2024-05-20 12:11

Roma çempionu reytinqdə irəlilədi

blank
Premyer-liqa2024-05-20 11:54

Son 27 ilin rekordu

blank
Digər idman növləri2024-05-20 11:37

MBA-da finalçılar məlum oldu

blank
Digər idman növləri2024-05-20 11:19

Azərbaycanın daha dörd cüdoçusu DÇ-də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-20 11:00

Azərbaycan və Ukrayna Voleybol Federasiyaları arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-05-20 10:41

“Qələbənin açarı müdafiədədir”

blank
Digər idman növləri2024-05-20 10:24

Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır

blank
Digər idman növləri2024-05-20 10:10

Azərbaycan fudokançılarından AÇ-də uğurlu nəticə

blank
Ölkə futbolu2024-05-20 09:54

Qurban Qurbanov Avropada birincidir

blank
Ölkə futbolu2024-05-20 09:39

Avrokubok planlaması: “Neftçi” 2-ci də ola bilər, 5-ci də

blank
Ölkə futbolu2024-05-20 09:22

Hamı gedir, Şeydayev qalır

blank
Milli komanda2024-05-20 09:05

Millimizlə oyunda yeni rekord gözlənilir

blank
Ölkə futbolu2024-05-20 08:50

“Qarabağ” üçün daha 4 rəqib

blank
Milli komanda2024-05-20 08:32

Rəqibimizin heyəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-20 08:15

Ferstappenin 5-ci qələbəsi

blank
Ölkə futbolu2024-05-20 08:00

Baxşıyevin imkanı olsaydı…

blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Dünya futbolu2024-05-20 01:34

“İnter”dən “Latsio” ilə heç-heçə

blank
Dünya futbolu2024-05-20 00:29

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm