Milli komanda
Farer adalarının millimizlə oyun üçün start heyəti məlum oldu
UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə qarşılaşacaq F…
UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə qarşılaşacaq Farer adaları yığmasının bu oyun start heyəti məlum olub.
Futbolinfo.az xəbər verir ki, Farer adaları millisinin baş məşqçisi Lars Olsen Bakıdakı görüşdə 3-4-3 taktiki düzülüşündən istifadə edəcək. Bu barədə Farer adaları mətbuatı məlumat yayıb.
Danimarkalı mütəxəssis qapıda Qunnar Nilsenə şans verəcək. Odmar Feryo, Atli Qreqersen, Sonni Raqnar Nattestad müdafiədə, Gilli Rolantsson Sörensen, Hallur Hansson, Roqvi Baldvinsson və Vilyormur Davidsen isə orta sahədə yer alacaq. Farer adalarının hücum xəttində isə Sölvi Vatnhamar, Brandur Hendriksson Olsen və Klemint Andrasson Olsen olacaq.
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları matçı saat 21:00-da başlayacaq. Kosovonun 8 xalla lider olduğu qrupda Azərbaycanın 6, Farer adalarının 4, Maltanın isə 2 xalı var.