Dünya futbolu
“Fənərbaxça” baş məşqçi ilə bağlı qərarını verdi
Türkiyənin “Fənərbaxça” klubunda Filip Koku…
Türkiyənin “Fənərbaxça” klubunda Filip Kokunun göndərilməsindən sonra komandanın yeni baş məşqçisinin adı məlum olub.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Kokunun gedişindən sonra müvəqqəti olaraq baş məşqçi vəzifəsini yerinə yetirən Ervin Kumanla rəsmi müqavilə imzalamağa yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə “Fənərbaxça”nın holland mütəxəssislə mövsümün sonuna qədər yeni sözləşmə imzalayacağı bildirilib. Kuman yeni müqavilə ilə illik 475 min avro məvacib alacaq.
“Fənərbaxça”da mövsümün əvvəlində Filip Koku baş məşqçi postuna gətirilmiş, Kuman isə onun köməkçisi təyin edilmişdi. Uğursuz nəticələrdən sonra “bülbüllər” Koku ilə yollarını ayırmışdı.
İstanbul təmsilçisi Kumanın rəhbərliyi altında çıxdığı son 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə də heç-heçə edib.
“Fənərbaxça” hazırda Super Liqada 12 turdan sonra 13 xalla 13-cü sırada yer alıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi