Dünya futbolu
“Qarabağ”ın qapıçısı Belçika yığmasına qarşı oynadı – VİDEO
Futbol üzrə İslandiya yığması UEFA Millətlər Liqasında n&…
Futbol üzrə İslandiya yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Hannes Halldorssonun formasını geyindiyi bu komanda səfərdə Belçika ilə qarşılaşıb.
A Liqasının 2-ci qrupu çərçivəsində baş tutan oyun İslandiya yığmasının məğlubiyyəti ilə başa çatıb – 0:2.
Halldorsson da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Əvvəlki üç oyununda da məğlubiyyətlə üzləşmiş islandlar bununla da növbəti mərhələyə adlamaq şanslarını tamamilə itiriblər.