Dünya futbolu
“Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə
Futbol üzrə Moldova yığması UEFA Millətlər Liqasında n&oum…
Futbol üzrə Moldova yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Zirə”nin hücumçusu Aleksandr Dedov və “Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçukun da formasını geyindiyi bu komanda səfərdə San Marino ilə qarşılaşıb.
D Liqasının 2-ci qrupu çərçivəsində baş tutan görüş moldovalıların qələbəsiylə başa çatıb – 1:0.
Dedovla Koçuk da bu matçın iştirakçısı olublar. Yevgeni start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Dedov isə isə 66-cı dəqiqədə meydana daxil olub. Komandasının 78-ci dəqiqədə vurduğu yeganə qol zamanı məhsuldar ötürmə də məhz “Zirə”nin futbolçusundan gəlib.
Qeyd edək ki, ikinci qələbəsini qazanan Moldova xal hesabını 8-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.