Ölkə futbolu
Uşaq liqalarındakı RƏZALƏT
“Hər həftə Bakıda, rayonlarda uşaq futbol liqalarını izl?…
“Hər həftə Bakıda, rayonlarda uşaq futbol liqalarını izləyirəm. Oğlum oynadığı üçün də buna məcburam. Özünüz o yarışları izləyin, bütün suallara cavab tapacaqsız. Rəzalətdi. Şərait yoxdu, məşqçilərin özünü aparması çox pisdi” – bu fikirlər Samir Abasova məxsusdu.
“Zirə”nin baş məşqçisi futbolinfo.az saytına müsahibəsində uşaq futbolundakı problemlərə toxunarkən bunları deyib: “Həddindən artıq istedadlı uşaqlar var, amma məşqçilərin, referilərin nələr etdiyini bir görsəz… Qubada görmüşəm – dizə kimi palçıqda uşaqlara futbol oynadırlar. Sonu daha pis olacaq”.