Milli komanda
Mirabdulla Abbasov: “Həyəcanlı deyildim”
Futbol üzrə Azərbaycan yığmasının üzvü Mirabdulla…
Futbol üzrə Azərbaycan yığmasının üzvü Mirabdulla Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-cu turu çərçivəsində doğma meydanda Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, bu oyunda millidə debüt edən hücumçu bunları söyləyib:
“Çox vacib qələbə oldu. Turnir cədvəli baxımından 3 xal çox əhəmiyyətli idi”.
Abbasov Kosovo ilə səfərdə keçiriləcək görüş barədə danışıb:
“Əlimizdən gələni edəcəyik ki, Kosovonu məğlub edib 3 xal qazanaq və qrupu lider başa vuraq”.
– Bizim bacarmadığımız Maltaya Kosovo 5 cavabsız qol vurdu. Son turda işimiz necə olacaq?
– Futbolda hər şey ola bilər. Biz də Kosovo ilə burda heç-heçə etmişik. Milli komandamız elə gücdədi ki, rəqibi məğlub edəcək.
– Debüt oyununu necə dəyərləndirirsən?
– Öz oyunumu dəyərləndirməyi sevmirəm. Kənardakılar qiymət versə, yaxşı olar. Əlbəttə, qol vurmaq istəyirdim. Hər bir hücumçu bunu istəyirdi.
– Debütündə təkbətək epizodda qol vura bilmədin. Bu həyəcanla bağlı idi?
– Xeyr, həyəcanlı deyildim, sadəcə, hər an qol vurmaq olmur. Həmin epizodda alınmadı.
– Kosovo ilə səfər matçında start heyətdə olacağını düşünürsən?
– Məşqçilərin fikridi. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Start heyətdə də olsam, oyuna sonradan da qoşulsam, əlimdən gələni edəcəm.