Bizi izləyin

Ölkə futbolu

Baş katibin niyyəti, İsgəndərin buynuzu…

Azərbaycan futbolunun problemləri çox olub/çoxdur/&cce…

blank

Azərbaycan futbolunun problemləri çox olub/çoxdur/çox olacaq. Bəlaların ən böyüyü isə bu sektorda ziyalı fikrinin, elitanın olmamasıdı və bu, yerlərin səhv düşməsinə gətirib çıxarıb.
 
Olmayan ziyalılardan biri də İsgəndər Cavadovdur. Cavadov haqqında axırıncı dəfə Berti Foqts millinin başında olarkən  yazmışdım.
 
İtaliya və Xorvatiyaya səfərlər başa çatandan sonra (1:2, 0:6) təyyarədə idman jurnalistlərinə müsahibə verərkən necə canfəşanlıqla Elxan Məmmədova yarındığını görmüşdüm. O, "aşı bişirilmiş" Foqtsun qovulmalı olduğunu iddia edirdi. Onadək isə  Foqtsu tərifləyirdi, çünki Elxan Məmmədovun siyasətinə uyğun danışmaq lazımdır…
 
İndi həmin bu İsgəndər makedoniyalı olmasa da, buynuzu çıxıb…
 
Millinin Kosovo səfərinə AFFA hesabına ezam edilənlər siyahısında olan bu adam müsahibə verib ki, yığmanın Millətlər Liqasında qalib gəlməsi mütləqdir, vacibdir. Baho! Doğrudan? İşin, fəaliyyətin elə bundan ibarətdir?
 
Həmin İsgəndər ki, illərlə, aylarla ağzına su alıb oturar, problemlərdən danışmaz, çıxış yolları göstərməz.  Uzun zamandan sonra niyə danışmağa başlayıb? Bəs buna qədər niyə danışmırdı? Əvvəl Maltada cəh-cəh vurdu, indi də Kosovoda. Milli dirilməyə, nəticələri yaxşılaşdırmağa başlayır deyə, narahat olanlarmı var? İşlərin qaydasına düşməyini istəməyib, qəsdən bu cür qıcıqlandırıcı çıxışlar etmək..? (Futbolpress)
 
Bir neçə gün əvvəl Elxan Məmmədov "Report"a açıqlamasında deyib ki, qarşıdakı oyunlarda millinin minimum vəzifəsi 6 xal toplamaqdır. Tələbimiz liqanın qalibi olmaqdır və s.
 
Əvvəla, baş katib baş katibliyini etməlidir. Bu postun funksionallığı koordinasiyanın təşkili, qərarların, tapşırıqların icrasını təmin etmək və sairədir. Baş katib kimdir ki, tələb qoya, yaxud hansısa tələb mövcuddursa onu belə iddialı şəkildə səsləndirə?
 
Cavadov, adınıza açılan uşaq futbol akademiyasının məskunlaşdığı "Bakı" klubunun bazasından çıxarıldınız, Abşeron Olimpiya Kompleksinə atıldınız. Siz adınızı daşıyan bir akademiyanın adicə məskunlaşma problemlərini AFFA-nın qarşısında qaldıra bilməyən birisiniz, millinin Millətlər Liqasında qalib gəlməli olduğunu şestlə iddia edirsiniz? 

Bu nəticələrçün hansı xidmətiniz olub? İddia edirsiniz ki, Avropada üç gündən bir oynayırlar, bizimkilər yorğunluqdan şikayətlənməməlidir. Avropanın harasıyla müqayisə edirsiniz ki? Bu müqayisə haqqını sizə kim verdi? Özünüz Avropa bir yana, Azərbaycan səviyyəsində futbolun inkişafı üçün hansı əməli addımlar atmısınız?  Ümumiyyətlə, mətbuata açıq olmayan, yalnız "lazım olan anlarda" danışan birinin ortaya mühüm iddialar atmağa mənəvi haqqı yoxdur.
 
Baş katibin milli komandanın nəticələri barədə dozanı aşan iddiaları, deyəsən, Cavadov kimi həşəmətli ziyalı qrupuna qol-qanad verib. Güman ki, Cavadovdan sonra da kimlərsə millinin nəticələrinə ağıllı-ağıllı göstərişlər verəcək. Ancaq qətiyyən. Sizin buna haqqınız yoxdur. Özünüzü məsxərə obyekti etməyin, AFFA-dan məvacib, qonorar alırsınız, alın, sakitcə də oturun. Hünərli danışmağa iddia etsəniz, sizin buna layiq olmadığınızı xırda detalarınadək izah etməyə istəyimiz boldur.
 
Yeni sistem formalaşdırılacaq – deyilib? Bununçün də hazırkı baş məşqçi Qurban Qurbanovla 6 illik müqavilə bağlanıb? Onda zəhmət olmasa, sistemin formalaşması üçün proqramlar hazırlansın. Nəticələrə uyğun danışmaq sizin haqqınız deyil. Bu, futboldur, nəticə birdən-birə əldə edilmir. Özü də sizin kimi, sistemsiz-filansız fəaliyyətdə ümumiyyətlə nəticə olmayacaq. Yeni məşqçilərin təyinatından 1 il ötür, lakin yeni sistemin tətbiqi görünmür. Bunu düşünün siz, nəticələrlə işiniz yoxdur. Nəticəni azarkeş tələb edər, sizin kimi faydasız idarəçilər yox.
 
Milli komandaların inkişafı üçün proqramlar hazırlanmayıb hələ də.  Proqramlar hazırlansın, ictimai müzakirəsi təşkil edilsin. İdman mediasının prosesdə iştirakı təmin olunsun, "Elxan Məmmədovu tənqid etməyənlər"in yox.
 
Sistemin formalaşdırılması çox həssas prosesdir və uzun zaman istəyir. Baş katib isə imkan tapan kimi AFFA prezidenti Rövnəq Abdullayevin adından sərsəm iddialar səsləndirir. 
 
Müahibələri yalnız o sayta niyə verir?! Rövnəq Abdullayevindir deyə? Əgər deməyə sözü varsa, idman mediasının önünə çıxsın, yaxud Abdullayevin jurnalistlərlə 2 ildən çoxdur alınmayan görüşünü təşkil etsin, buna mane olmasın. Jurnalistlərin AFFA prezidentinə açıqlayacağı məqamlar, verəcəyi suallar var…

Baş katib müsahibə verib, milli komandanı "yükləyir", təzyiq altına salır, psixoloji təsir edir. Buna qoşulan muzdlu ziyalılar dəstəsi də Məmmədovun istəklərinə uyğun danışır, ictimai fikri bu istiqamətə kökləməyə cəhd edir. Baş katibin istəyinə uyğun məqalələr dərc edən bəzi idman KİV-ləri ansambl şəklində fəaliyyətə keçib, hücuma başlayırlar. Bu cür yanaşmanın məqsədi nədir?
 
Rövnəq Abdullayevin Qurban Qurbanovun millinin baş məşqçisi postuna rəsmi təqdim edilməsi tədbirində dediyini xatırlayaq: "Biz Qurbanovun yanındayıq və ona hər cür dəstək olacağıq". Bu sözləri deyən Abdullayev yenə də işin gedişatını baş katibə tapşırıb və izləmir. Xəbəri varmı, baş katib idman mediasında ciddi narazılıqlar yaradıb? Bir neçə peşəkar KİV AFFA-nın proseslərindən uzaq tutulur və bunu belə təqdim edirlər ki, "yuxalar belə istəyir". Yəni siz belə istəyirsiniz, Abdullayev? İnandırıcı deyil. Ona görə də proseslə maraqlanın.
 
Bəli, baş katib milli komadalara şərait yaradılması üçün əlindən gələni edir, çünki dərhal buna görə haqq-hesaba çəkiləcəyini bilir. Lakin bu tərəfdən özünü təmiz göstərib, pərdəarxasında başqa siyasət yürüdür.
 
Və bu sistemlə ölkə futbolu ciddi inkişafa qədəm qoymayacaq. Milyonlarla vəsaitin səmərə verməməsinə görə isə təqsirkar sizin rəhbərliyiniz sayılacaq. Odur ki, iş icraçılarının işi necə icra etdiyini yaxından izləyin. Müstəqil mətbuata maneələrə qarşı çıxın, qoy onlar prosesləri işıqlandırsın ki, sizin də xəbəriniz olsun baş verənlərdən. Ancaq sizin heç xəbəriniz yoxdur ki, milli komadalarla səfərlərə  aparılmasına qadağa qoyulan idman saytları var və bu saytlar məhz olanları ifşa etdiyi üçün bu halla üzləşib.
 
Baş katib milli komadalardakı proseslərin yaxından izlənmsi üçün yalnız özünə sərf edənlərə şərait yaradır. Layiqlilərə qarşı sədd çəkilməsi isə sizin adınıza yazılır. Yəqin media önünə çıxıb, bu məsələlərə də aydınlıq gətirərsiniz…
 
Artıq sizin yerinizə alternativ təqdim olunur ictimaiyyətə. 1-2 ilə qəbul olunması gözlənən yeni dövlət proqramının sizin yox, həmin alternativin daha səmərəli icra edə biləcəyi iddia edilir və cəmiyyətdə belə fikir formalaşdırılır. Özünüz bilərsiniz, necə ki, Hafiz Məmmədovla bu istiqamətdə mübarizəniz ölkə futboluna zərbə vurdu, güman ki, növbəti şəxsi intriqa da məqsədli təşkil edilir. İctimaiyyəti, bizi futbolun doğru idarə edilməsi, idarəçilikdə peşəkarlara yer verilməsi, proseslərin şəffaf aparılması maraqlandırır…
 
Qayıdaq mövzumuza. Ən azı AFFA-nın növbəti hesabat konfransınadək bu gizli siyasət dəyişilməlidir. Qurbanov baş katibin etdiyi hiyləgərliklərə reaksiya vermir, verməyəcək də. Bu, onların əxlaqında, prinsiplərində yoxdur. Əslində, Qurbanovun da danışmaması ciddi problemdir, çünki danışmamaq/qabartmamaq prosesin şəffaflığna əngəldir. Kulisdə qəliz "şahmat gedişləri", üzdə isə əmin-amanlıq… Ancaq bu, o demək deyil ki, hər şey qaydasındadır.

Reklam

Reklam


blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm