Müsahibə
“Bu oyunu “döyüşə” bənzədirəm” – Valon Berişa
Noyabrın 20-də UEFA Millətlər Liqasının qrup mərhələsinin son…
Noyabrın 20-də UEFA Millətlər Liqasının qrup mərhələsinin son turu çərçivəsində Azərbaycan millisini qəbul edəcək Kosovo yığmasının ulduz futbolçusu Valon Berişanın futbolinfo.az saytına müsahibəsi:
– Sizi qarşıda Azərbaycan millisi ilə həlledici matç gözləyir. Komandaların şanslarını necə dəyərləndirirsən?
– Çox gərgin və çətin qarşılaşma olacaq. Düşünürəm ki, daha çox qələbəni istəyən komanda meydandan 3 xalla ayrılacaq. İki eyni səviyyəli komandanın matçını izləyəcəyik. Azarkeşlər üçün də maraqlı qarşılaşma olacaq. Finala bərabər matç keçəcək.
– Heç-heçə sizin üçün kifayət edir…
– Biz komanda kimi həmişə qələbə üçün meydana çıxmışıq. Düşünmürük ki, bərabərlik kifayət edir. Digər tərəfdən qələbəni vacib edən amillərdən biri doğma meydanda oynamağımızdı. Bu azarkeşlər önündə ancaq qalibiyyət bizi qane edə bilər. Həmçinin fanatlarımız da qələbə sevinci yaşamaq istəyirlər.
– Kosovonu favorit saya bilərik?
– Burda favorit yoxdu. Çünki finalda heç zaman favorit olmur. Ola bilər ki, evdə oynadığımıza görə bizi üstün sayanlar var. Amma düşünürəm ki, bütün şərtlər eynidi. Çünki hər iki komanda meydana eyni sayda futbolçu və tam gücü ilə çıxacaq. Bayaq qeyd etdiyim kimi komandaların səviyyəsi də eynidi. Mən bu oyunu “döyüşə” bənzədərəm.
– Siz 5:0 hesabı ilə məğlub etdiyiniz Maltaya Azərbaycan qalib gələ bilmədi. Biz onları udsaydıq, indi vəziyyət daha fərqli ola bilərdi….
– Mən ancaq özümüz haqqında danışa bilərəm. Biz Millətlər Liqası başlayanda qarşımıza böyük hədəflər qoymuşduq. O zaman da düşünürdük ki, burdan lider kimi çıxa bilərik. Gənc komanda olsaq da, növbəti mərhələyə çıxmağa ehtiyacımız var və bunu ölkəmiz üçün etməliyik.
– Heç-heçə gözləyənlər də də çoxdur…
– Baxaq. Görəcəyik ki, kim meydandan qalib ayrılacaq.
FƏRİD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…