Ölkə futbolu
Millimizin pley-offdakı potensial rəqibi bilindi
Yığmamızın Avro-2020-nin pley-off mərhələsindəki potensial rə…
Yığmamızın Avro-2020-nin pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib. Qurban Qurbanovun komandası bu gün səfərdə Kosovoya qalib gəlsə, D liqasının pley-offunda Gürcüstanla qarşılaşa bilər.
Bu, D liqasının qrup qaliblərinin Avro-2020-nin seçmə mərhələsini keçə bilməyəcəyi təqdirdə baş tutacaq. Çünki Millətlər Liqasının reqlamentinə görə, yalnız seçmə mərhələni keçə bilməyən və öz liqasının qrupunda ən yaxşı nəticə göstərən komandalar pley-offa yüksələcək.
Hər liqadakı 4-lüyün ən yaxşısı ən zəifə rəqib olacaq və digərləri bir-biri ilə qarşılaşacaq. Hazırda D Liqasında Gürcüstan 16, Makedoniya 15, Belarus 14 xalla 1-ci yeri tutub. Millimiz Kosovoya qalib gəlsə, xalını 12-ə çatdıracaq və 4-lükdə sonuncu olacaq.
Bu isə o demədkir ki, adı çəkilən 4 komandadan Avro-2020-nin biri final mərhələsinə seçmə mərhələ vasitəsilə vəsiqə qazana bilməsə, yığmamız pley-offda Gürcüstanla qarşılaşacaq.
Qeyd edək ki, pley-off oyunları 2020-ci ilin martında keçiriləcək.