Dünya futbolu
“Keşlə”nin futbolçusu Serbiyada darmadağına üzüldü
Futbol üzrə Litva yığması UEFA Millətlər Liqasında sonuncu…
Futbol üzrə Litva yığması UEFA Millətlər Liqasında sonuncu matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, “Keşlə”nin futbolçusu Edvinas Girdvainisin formasını geyindiyi bu komanda qrup mərhələsinin 6-cı turu çərçivəsində səfərdə Serbiya ilə qarşılaşıb.
C Liqasının 4-cü qrupunda yer alan komandaların qarşılaşmasında litvalılar böyük hesabla məğlub olublar – 1:4.
Girdvainis də bu matçın iştirakçısı olub. “Keşlə”nin mərkəz müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması Millətlər Liqası ilə xalsız vidalaşıb.