Ölkə futbolu
Bakıda VAR sistemindən istifadə olunacaq
UEFA bu mövsüm avrokubok matçlarında videotəkrar si…
UEFA bu mövsüm avrokubok matçlarında videotəkrar sistemini (VAR) tətbiq etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, dekabrın 3-də keçiriləcək qurumun Təşkilat Komitəsinin iclasında Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən VAR sisteminin tətbiq edilməsi qərarının qəbulu gözlənilir.
Bundan əlavə, VAR sistemi iyun ayında keçiriləcək Millət Liqasının final turnirində də sınaqdan keçiriləcək.
Bu sistemin UEFA Avropa Liqasında isə növbəti mövsümdən etibarən tətbiq olunması nəzərdə tutulur. Qurum yalnız bu mövsüm Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edə bilər.
Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da baş tutacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə