Dünya futbolu
Lopeteqi ABŞ millisində?
İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi…
İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Xulen Lopeteqinin ABŞ yığmasının baş məşqçisi təyin olunacağı barədə xəbərlər yayılıb.
Futbolinfo.az xəbər verir ki, artıq Lopeteqinin agenti Karlos Buçero da bu xəbərlərə münasibət bildirib. O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib:
“Bu xəbərlər doğru deyil. Biz hələ Xulenin xidmətini heç kimə təklif etməmişik və o, heç bir komandanı çalışdırmağa iddia etmir. “Real”dan ayrıldıqdan sonra ona fasilə və istirahət lazımdı”.