Milli komanda
Millimizin forvardı klubuna zədəli qayıtdı
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya…
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniyanın 3-cü Liqasında çıxış edən “Proyssen” klubuna zədəli qayıdıb.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu səfərdə Kosovoya 0:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının 6-cı tur matçında zədələnib. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
“Proyssen"in baş məşqçisi Marko Antverpen zədənin ciddi olmadığına və təcrübəli forvardın "Braunşveyq"ə qarşı forma geyinə biləcəyinə ümid etdiyini deyib.
Rüfət Dadaşov UEFA Millətlər Liqasındakı son 4 qarşılaşmada meydana start heyətdə çıxsa da, fərqlənə bilməyib. O, Kosovo matçında ikinci hissənin əvvəlində Əfran İsmayılovla əvəzlənib.