Ölkə futbolu
“Qarabağ”ın ən ağır ev məğlubiyyəti
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci tu…
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə Portuqaliyanın “Sportinq” klubuna 1:6 hesabı ilə məğlub oldu.
Futbolinfo.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin avrokuboklarda ən ağır ev məğlubiyyəti kimi tarixə düşüb.
Daha öncə "atlılar" ev oyunlarında dörddən çox top fərqiylə məğlub olmamışdı. "Qarabağ" 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen"inə 0:4 hesabı ilə uduzmuşdu. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" İngiltərənin "Çelsi" klubuna da 0:4 hesabı ilə uduzaraq, ən böyük hesablı ev yenilgisini yaşamışdı.
Qeyd edək ki, "Qarabağ" avrokuboklarda 4-cü dəfə bir matçda qapısından 6 qol buraxıb. Təmsilçimiz 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen" klubuna səfərdə 0:6 hesabı ilə məğlub olmuşdu. 1 il sonra ağdamlılar UEFA İntertoto Kubokunda Fransanın "Monpelye" klubuna səfər matçında 0:6 hesabı ilə yenilmişdi. "Atlılar" ötən mövsüm ÇL-in qrup mərhələsində Londonda "Çelsi"yə də 6 cavabsız qolla uduzmuşdu.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq