Ölkə futbolu
Qurbanovun taleyi dünən müəyyənləşib, AFFA-da isə növbəti dəyişikliklər olacaq
Qurban Qurbanovun millinin baş məşqçi ostundan gedişi haqda…
Qurban Qurbanovun millinin baş məşqçi ostundan gedişi haqda qərar bu gün qəbul edilməyib. İstefa AFFA İcraiyyə Komitəsinin iclasında rəsmiləşsə də, hər şey daha öncədən planlaşdırılıb.
Yekun qərar, yəni “yuxarılar”ın xeyir-duası dünən axşamüstü alınıb. Və hətta belə olacağı da gözlənilirdi. Çünki son dövrlərdə ilk dəfə İK-nın iclası şənbə gününə salınırdı.
AFFA-yla bağlı daha bir ciddi olay da gözlənilir. Dəyişikliklər davam edəcək və bunun rəhbər postlara sirayət etməsi mümkündü. Assosiasiyanın marta planlaşdırılan növbəti Hesabat Konfransı önə çəkilə bilər. Bəlkə də fevralda AFFA-da ciddi islahatlar oldu.