Dünya futbolu
Libertadores Kubokunu “River Pleyt” qazandı
Futbol üzrə Libertadores Kubokunun qalibi müəyyənləşib….
Futbol üzrə Libertadores Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Argentinanın iki nəhəng klubu – “River Pleyt”lə “Boka Xuniors” qarşılaşıb.
Bu komandalar arasında Argentinada baş tutan ilk final matçında 2:2 hesabı qeydə alınmışdı. “River Pleyt”in meydanında keçirilməli olan cavab qarşılaşması isə müxtəlif problemlər səbəbindən gerçəkləşən təxirəsalmalara görə İspaniyanın paytaxtı Madriddə baş tutub. “Santyaqo Bernabeu”da keçirilən görüşün əsas vaxtında yenə qalib müəyyənləşməyib – 1:1. Lakin əlavə vaxtda daha iki qol vuran “River Pleyt” 3:1 hesablı qələbə sayəsində Libertadores Kubokunu başı üzərinə qaldırıb.
Bu, sözügedən klubun tarixində 4-cü belə uğurdu. “River Pleyt” daha öncə 1986, 1996 və 2015-ci illərdə bu turnirin qalibi olmuşdu. 6 dəfə Libertadores Kubokunun qalibi olan “Boka Xuniors” isə bu turnirin finallarında 5-ci dəfə ikinciliklə kifayətlənməli oldu.
Libertadores Kuboku
Final, cavab oyunu
9 dekabr
Boka Xuniors – River Pleyt 1:3
Qollar: Dario Benedetto, 44 – Lukas Pratto, 68. Xuan Kintero, 109. Martines, 120+2.