Milli komanda
Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü
Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2021-i…
Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2021-in seçmə mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşkatmada Azərbaycanın U-21 yığmasının da rəqibləri müəyyənləşib. Azərbaycan millisi 2-ci qrupda yer alıb. Püşk U-21 millisinə İsveçrə, Slovakiya, Fransa kimi komandaları rəqib seçib.
Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
AÇ-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar. Seçmə mərhələnin oyunları 2019-cu ilin martından 2020-ci ili noyabrına qədər keçiriləcək.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, İspaniya Cəbəllütariq, Kosovo isə Serbiya ilə eyni qrupa düşə bilməz.
1-ci qrup: Lüksemburq, Ermənistan, İrlandiya, İslandiya, İsveç, İtaliya
2-ci qrup: Lixtenşteyn, Azərbaycan, Gürcüstan, İsveçrə, Slovakiya, Fransa
3-cü qrup: Andorra, Albaniya, Kosovo, Türkiyə, Avstriya, İngiltərə
4-cü qrup: San Marino, Litva, Şotlandiya, Yunanıstan, Çexiya, Xorvatiya
5-ci qrup: Estoniya, Latviya, Bolqarıstan, Rusiya, Polşa, Serbiya
6-cı qrup: Farer adaları, Qazaxıstan, Makedoniya, Monteneqro, İsrail, İspaniya
7-ci qrup: Cəbəlüttariq, Kipr, Belarus, Norveç, Hollandiya, Portuqaliya
8-ci qrup: Malta, Şimali İrlandiya, Finlandiya, Ukrayna, Rumıniya, Danimarka
9-cu qrup: Moldova, Bosniya və Herseqovina, Uels, Belçika, Almaniya