Ölkə futbolu
Azərbaycanlı futbolçular Türkiyə kubokunda
Futbol üzrə Türkiyə Kubokunda 3-cü turun oyunları ke…
Futbol üzrə Türkiyə Kubokunda 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, bu mübarizədə azərbaycanlı futbolçuların şərəfini qoruduğu komandalar da iştirak edib.
Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” öz meydanında “Ankaragücü” qəbul edib. 90 dəqiqə meydanda top qovan Özkaranın komandası rəqibini 3 cavabsız qolla məğlub edib və adını növbəti mərhələyə yazdırıb.
Yığma komandamızın hücumçusu Branimir Subaşiçin komandası – “Orduspor” səfərdə "Nazilli Bələdiyyəspor"la münasibətlərinə aydınlıq gətirib. Bu matçdan sonra növbəti mərhələyə vəsiqə qazanan tərəf ev sahibləri olub. Subaşiç isə sona 3 dəqiqə qalmış meydana çıxıb.
Usim Ndukanın və gənclər yığmamızın qapıçısı Andrey Popoviçin çıxış etdiyi “Tavşanlı Linyitspor” səfərdə “İskenderun” klubu ilə 0:0 heç-heçə oynayaraq penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb və növbəti mərhələyə vəsiqə qazanıb. Nduka oyunun əsas vaxtını meydanda mübarizə aparıb və 90-cı dəqiqədə əvəzlənib. Popoviç isə iştirak ərizəsinə düşməyib.
Azərbaycanlı qapıçı Davud Kəriminin komandası “Fethiyespor” evdə “Bayrampaşaspor”u qonaq edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq Kərimi bütün oyunu ehtiyat oyunçular skamyasından izləyib. Qələbə “Fethiyespor”u növbəti mərhələyə daşıyıb.
Azərbaycan gənclər yığmasının yarımmüdafiəçisi Timur Temeltaşın komandası “Altınordu” səfərdə “Qaziantep”lə qarşılaşıb. Oyun qol yağışı ilə müşayiət olunub və qonaqların 6:5 hesablı qələbəsi ilə başa çatıb. Temeltaş 90 dəqiqə meydanda mübarizə aparıb. Qələbə “Altınordu”nu növbəti mərhələyə daşıyıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…