Müsahibə
Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi…
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin futbolinfo.az saytına müsahibəsi:
– “Arsenal”la oyunda 0:1 məğlubiyyəti yaxşı nəticə saymaq olarmı?
– Çox yaxşı komandaya qarşı səfərdə oynayırdıq. İstənilən xal bizim üçün uğur sayıla bilərdi. Ancaq uğur qazanmağı bacarmadıq. Buna baxmayaraq, pis oynamadıq. Rəqib topa nəzarət etsə də, qapımız qarşısında o qədər də ciddi qol imkanları yarada bilmədi.
– Matçın əhəmiyyətinin olmaması sizin motivasiyanızı azaldırdı, yoxsa səfərdə “Arsenal”la oynadığınız üçün motivasiya tam idi?
– Motivasiyamız yetəri qədər idi. Oyunun əhəmiyyəti olmasa da, xal qazanmaq istəyirdik.
– Oyunun əsas anından danışaq. Azarkeş meydana daxil olarkən Rəşad Sadıqovun ardınca sən də ora qaçırdın. Efirdə biz görə bilmədik. Orda tam nələr baş verdi?
– Rəşad məndən irəlidə idi, amma mən də ora çatdım. Biz lap yaxınlaşıb müdaxilə etmək istəyirdik, amma məsul şəxslər imkan vermədi. İstənilən halda reaksiya verməli idik, verdik də.
– Matçdan sonra Azərbaycan bayraqları ilə Rəşad Sadıqovla birlikdə stadionu gəzdiniz…
– Bəli, azarkeşlərdən bayrağı aldım və yuxarı qaldıraraq paltardəyişmə otağına yollandım.
– Stadion rəhbərliyinə və ya UEFA-ya hər hansı etiraz oldumu?
– Bundan xəbərim yoxdu.
– Avropa Liqası “Qarabağ” üçün bitdi. Ümumi çıxışı necə dəyərləndirirsən? Daha zəif qrupa düşsəydiniz, davam edə bilərdinizmi yola?
– Ümumilikdə, çox sıx qrafikdə oynayırdıq. Əlimizdən gələni etdik ki, daha çox xal toplayaq. Bəlkə də toplaya bilərdik. Alınmadı. Qrupumuz çox çətin idi. Daha yaxşı çıxış edə bilərdik. Amma indiki halda da o qədər pis oynadığımızı düşünmürəm.
– Belə bir fikir yaranıb ki, “Qarabağ” Avropa Liqasında oyunlarını bitirdikdən sonra rahatlıqla çempionatda yenə liderliyi ələ keçirəcək…
– Biz hamının dediyi kimi düşünüb çalışmırıq. Fikrimiz yaxşı hazırlaşıb xallar toplamaqdı. Yaxşı məşq edib, oyunlarda maksimum nəticə qazanmalıyıq.
– Qarşıda “Keşlə” ilə oyununuz var…
– Çətin olacaq. Kubok oyunudu və ilin son iki matçını oynayacağıq. Həqiqətən bizim üçün ağır görüşlər olacaq. İldən-ilə nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Bunun üçün əlimizdən gələni edirik.
– Son oyunda “Keşlə” üzərindəki 5:1 hesablı qalibiyyət bu oyunlara təsir edəcəkmi?
– Qətiyyən həmin matç haqqında fikirləşmirik. Kubok oyunları ümumiyyətlə fərqlidi. Burda 2 matç var və yalnız buna köklənmək lazımdı. Geridə qalan uğurlar haqqında düşünmürük.
AĞA
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq