Dünya futbolu
Dadaşovun yoxluğunda komandası yenə uduzdu
Futbol üzrə Almaniya 3-cü Liqasında 19-cu turun oyunları …
Futbol üzrə Almaniya 3-cü Liqasında 19-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda “Zviçkau” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Rüfət bu görüşün iştirakçısı olmayıb. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidi.
Dadaşovun komandası 19 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.