Ölkə futbolu
Bölgə futbolu əlcəksiz qapıçıyla inkişaf edir?
Region Liqasında daha bir maraqlı hadisə yaşanıb. “Futbolin…
Region Liqasında daha bir maraqlı hadisə yaşanıb. “Futbolinfo” xəbər verir ki, Şimal-Qərb və Qərb zonasının 9-cu turu çərçivəsində keçirilən “Göyəzən” – “Şəki” (1:4) oyununda qonaqların qapıçısı meydana əlcəksiz çıxıb. O, 90 dəqiqə “çərçivə”ni əlcəksiz qoruyub.
Görünən odur ki, komandalar burada geyimlə, ləvazimatlarla istənilən səviyyədə təmin olunmur. Düzdü, nəinki həvəskarların yarışında, hətta peşəkar futbolda da qapıçının mütləq əlcəklə oynamasıyla bağlı tələb yoxdu. Amma bu geyimlər adətən zədə ehtimalından yayınmaq üçün istifadə edilir və əlcəksiz oynamaq heç bir halda məsləhət deyil.
AFFA-nın baş katibi Elxan Məmmədovun Region Liqasından bəh-bəhlə danışmasına görə bu xəbəri yazdıq. Süni reklamla, yalançı bəy tərifi ilə deyil. Məmmədov doğma Şəkisinin komandasını adi idman ləvazimatı ilə təmin, onlara kömək edə bilmir, o zaman ümumi bölgə futbolunun qayğıına necə qalacaq?
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə