Ölkə futbolu
15-ci qol və 5-ci cəhddən yarımfinalda
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin &ldq…
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyunu “Zirə”nin tarixində ilk dəfə yarımfinala yüksəlməsi ilə nəticələnib.
Futbolinfo.az xəbər veir ki, evdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Samir Abasovun yetirmələri rəqib meydanında da qələbə qazanıb – 3:2.
Tarixində 5-ci dəfə kubok yarışına qatılan “qartallar” 2014/15 mövsümündə 1/16 finalda, son üç ildə isə (2015/16, 2016/17, 2017/18) 1/4 finalda mübarizəni dayandırmışdı. Bu dəfə “Zirə” 1/4 final səddini adlayıb.
“Bayıl Arena”dakı görüşdə vurulan sonuncu qol yubiley xarakteri daşıyıb. Adil Nağıyevin 74-cü dəqiqədə vurduğu top “Zirə”nin Azərbaycan kuboku tarixində 15-ci qolu olub.
Qeyd edək ki, turnirdə 12 oyun keçirən komanda 7 qələbə qazanıb, 5 məğlubiyyət alıb və 17 top buraxıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…