Bizi izləyin

Müsahibə

“AFFA-nın bizi istefaya göndərəcəyini gözləmirdim”

Azərbaycan futbolunda uzun illərdi ki, yer alan xarici məşq&ccedil…

blank

Azərbaycan futbolunda uzun illərdi ki, yer alan xarici məşqçilər çox deyil. “Qarabağ”-2 komandasının baş məşqçisi Borçe Xristov məhz həmin insanlardandı. 

Futbolinfo.az xəbər verir ki, o, uzun illərdi Azərbaycan futbolundadı və futbolumuzdakı çatışmazlıqları bəlkə də yerli məşqçilərimiz qədər bilir. U-21 yığma komandasında Rəşad Sadıqova kömək edən makedoniyalı mütəxəssis, istefaya göndərildikdən sonra hazırda yalnız “Qarabağ”-2 komandasına başçılıq etməklə məşğuldu. Onun komandası 14 komanda arasında 20 xalla səkkizinci pillədə yer alıb.

Komanda.az saytına müsahibə verən Xristov, həm Ağdam klubundakı işlərindən danışdı, həm də U-21 yığmasından göndərilməsi barədə fikirlərini bildirib:

– “Qarabağ”-2 komandasında işlərinizi necə dəyərləndirərsiz? Komanda səkkizinci pillədədi, yəqin ki, bu sizi sevindirməz… 
– Bizim inkişaf edən komandamız var. Oyundan-oyuna daha yaxşı oynayır futbolçular. Üstəlik liqanın ən gənc komandası bizdədi. Komandadakı 8-9 futbolçu U-19 yığmasının şərəfini qoruyur. Onlar da elit-raunda hazırlaşırlar. Bununla yanaşı, 2-3 oyunçu da U-20 yığmasına dəvət edilir, U-18 yığmasında da oynayan uşaqlarımız var.

– Bəs nəyə görə komandanız hazırda səkkizinci pillədədi? 
– Nəyə görə səkkizinci pillədəyik? Çempionata yaxşı başlamışdıq, 4-5 oyun udduq. Sadəcə, sonradan eniş yaşandı. Həmin vaxtlarda U-19 yığmasının toplanışı, yoxlama oyunları başlamışdı. Komanda ilə birlikdə çox olmadıq. Oyunlarımızı təxirə sala bilərdik, ancaq mən bunu istəmədim. Çünki klubdakı digər oyunçular da oynamalıdı, onlar oynayırdı.

– Maraqlıdı ki, ilin son oyununda “Sabah”-2 ilə görüşdə, əsas komandadan altı oyunçunu dəvət etmişdiz. Hətta onlar arasında 36 yaşlı müdafiəçi Ansi Aqolli də var. Həmin oyunçular sizə bu qədərmi çox lazım idi? 
– Yalnız son oyunda belə oldu. Amma ondan əvvəlki oyunlarda ancaq gənclər oynayırdı. Heç bir oyunda 1998-ci il təvəllüddən aşağı olan oyunçu yoxdu. Həm də bilirsiz, bizim məşqçilər korpusumuz var. Qurban Qurbanov onların oyun praktikasının daha yaxşı olması üçün belə bir qərar verdi. “Neftçi”-2, “Keşlə”-2, “Sumqayıt”-2 komandaları yaşlı futbolçulardan istifadə ediblər. Ancaq biz heç vaxt istifadə etmirik. Ən cavan komanda bizdədi. Elə bir neçə oyunu da təcrübəli oyunçularımızın olmamasına görə uduzduq. MOİK-ə 1:3 uduzanda, təcrübəsizlikdən uduzduq. Mənim komandamda elə oyunçular var ki, ötən mövsüm U-17 liqasında oynayıb, indi isə birinci divizionda oynayır. Bu, elə-belə fərq deyil. Ancaq bizim üçün əsas olan futbolçularımızın inkişaf etməsidi.

– Birinci divizionda çempion olmaq sizin üçün nə dərəcədə önəmlidi? 
– Düzdü, istənilən halda nəticə vacibdi. Lakin əsas məqsəd birinci yer deyil, əsas məqsəd uşaqları inkişaf edirməkdi. Çempion olsaq da, biz Premyer Liqada oynaya bilmərik. Amma istənilən halda, bu, istəyimizə mane ola bilməz, biz yüksək yerlərdə olmaq istəyirik. Ümidvaram ki, hər şey yaxşı olacaq. Ancaq yenə təkrar edirəm ki, bizim üçün əsas olan uşaqların futbolçu kimi inkişaf etməsidi. Uşaqlarımız artırsalar, nəticələr öz-özünə gələcək. Üçüncü yerdəki komanda ilə aramızdakı xal fərqi cəmi üçdü.

– Ümumiyyətlə, birinci divizionun səviyyəsini necə dəyərləndirirsiz? Uzun illərdi birinci divizion haqda belə fikir yaranıb ki, “ora bataqlıqdı”. Üstəlik tez-tez danışılmış oyunlar haqda söz-söhbətlər gəzir… 
– Birinci divizion və Premyer Liqa arasındakı fərq yüksəkdi. Premyer Liqada səviyyə yüksəkdi. Ancaq unutmayaq ki, orda çıxış edən təcrübəli oyunçular da çoxdu. Belədə, normal olaraq səviyyə də yüksək olacaq. Ancaq gənc oyunçuları düşünərək, demək olar ki, birinci liqa əvəzedici yarışdan yaxşıdı. Çünki burda çempionata münasibət əvəzedici yarışdan fərqlidi. Əvəzedici yarışda gənclər oynayır, birinci divizionda isə yaşlı oyunçulara qarşı oynamaq mümkündü.

– Bəs yaxşı, “Qarabağ”ın əsas komandası üçün hazır futbolçunuz var? 
– Bizim komandada U-19 yığmasında oynayan uşaqlar var. Bu yığma da elit-raunda çıxdı. Potensiallı oyunçularımız çoxdu. Ancaq əsas komandadakı oyunçular kimi oynaya biləcəklər ya yox, bu haqda danışmaq tezdi. Sadəcə, potensialları var, işləmək lazımdı, onlar üçün yaxşı şərait yaradıb, onlarla düzgün işləyib, gözləmək lazımdı.

– “Qarabağ”-2 komandasında Qurban Qurbanovun oğlu Musa Qurbanlı oynayır. Hazırda ölkənin ən perspektivli futbolçularından hesab olunur. O, atasından da güclü futbolçu ola bilər? 
– Bəli, o, perspektivli və yaxşı futbolçudu. Musada futbolçu səviyyəsi var. Digər həmyaşıdları arasında seçilən futbolçudu. Futbolçuda istedad da lazımdı. Ancaq istedad oyunçu üçün 10 faizdi. Qalan 90 faiz isə işləməkdi. İşləsə, Musa çox yaxşı hücumçu olacaq. Musa atasından yaxşı olacaq, ya yox, bunu zaman göstərəcək (gülür).

– U-21 yığmamızın forvardı Rövlan Muradovun “Qarabağ”-2 komandasının məşqləri zamanı sizi təhqir etdiyinə görə komandadan qovulduğu bildirilirdi. Bu məsələ haqda nə deyəcəksiz? 
– Rövlan haqda bir söz deyə bilmərəm. Onunla müqavilə başa çatdı və geri qayıtdı. Ona görə də, onunla bağlı bir söz deyə bilməyəcəm.

– Rəşad Sadıqovla birlikdə U-21 yığmasında işlədiz. Amma AFFA Sadıqovu istefaya göndərdi. Necə düşünürsüz, qalsaydız, hər şey başqa cür olacaqdı? 
– Düzünü desəm, AFFA-nın bizi istefaya göndərəcəyini gözləmirdim. Ancaq futbol elədi ki, hər şeyə hər zaman hazır olmaq lazımdı. Yəqin ki, bizim göstərdiyimiz nəticələr yaxşı olmadı deyə, xoşlarına gəlmədi. Lakin istənilən halda, U-21 yığmasında potensial olduğunu düşünürəm. Orda futbolçular var ki, onlarla yaxşı nəticələr qazanmaq olar. Düzünü desəm, elə biz buna hazırlaşırdıq. Çünki bir yaş balaca uşaqlara şans verirdik ki, qarşıdakı tsikldə daha yaxşı olsunlar. Ancaq AFFA bu cür qərar aldı, heç nə demək olmaz.

– Yeri gəlmişkən, istefaya göndərilən tək U-21 yığmasının məşqçiləri olmadı. Qurban Qurbanovun milli komandadan gedişinə reaksiyanız necə oldu? 
– Bu haqda da bir söz deyə bilmərəm. Çünki orda olmamışam. Nə baş verdiyini deyə bilmərəm. Ona görə bir söz deyə bilmərəm.

– Uzun illərdi ki, Azərbaycanda işləyirsiz. Necə düşünürsüz, Azərbaycan futbolunun ən böyük problemi nədi? 
– Hər şeyi əvvəldən, bazadan başlamaq lazımdı. Bazada yaxşı işlər görməsən, nə gözləyəcəksən? Ona görə də, birinci bazaya fikir vermək lazımdı, daha sonra əsas komanda haqda düşünmək olar.

– “Qarabağ”ın əsas komandası Premyer Liqada turnir cədvəlinin ikinci pillədəsindədi. Necə düşünürsüz, qışdan sonra “Qarabağ” “Neftçi”ni qabaqlayıb liderliyə yüksələ biləcək? 
– Hazırda “Qarabağ”ın “Neftçi” ilə arasındakı xal fərqi üçdü. Bu isə elə də böyük deyil. “Qarabağ”ın avrokuboklarda çətin oyunları oldu. Üstəlik bu komandanın əksər oyunçuları yığmada da oynadı. Yəni yükləmə çox idi. Üstəlik Londona uçursan, daha sonra Lissabona uçursan, üç gün sonra isə başqa oyuna çıxırsan. Bunlar hamısı çətindi. Düşünürəm ki, “Qarabağ” ikinci yarıda daha yaxşı durumda olacaq və çempionluğu əldə edəcək.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Dünya futbolu2024-05-20 01:34

“İnter”dən “Latsio” ilə heç-heçə

blank
Dünya futbolu2024-05-20 00:29

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm