Premyer-liqa
Yaşar Seyidov: "Bakı"da maliyyə problemi yoxdu
“Komandada hər şey qaydasındadı. “Simurq”la oyun…
“Komandada hər şey qaydasındadı. “Simurq”la oyuna hazırlaşırıq. Baş məşqçinin başçılığı ilə "Bakı" məşqlərini davam etdirir". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Bakı"nın icraçı direktoru Yaşar Seyidov deyib.
Seyidov klubda maliyyə problemlərinin olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bunlar yalnış məlumatlardı. Komandada bütün ödənişlər vaxtında ödənilir. "Bakı" klubu futbolçu, məşqçilər və digər işçilərinin maaşından 1 manat da kəsmir və hamısını vaxtında ödəyir. Bu cür xəbərləri yayan "Bakı"nı istəməyən adamlardı".