Ölkə futbolu
Millilərə koordinator gəlir: Lippert özünə xələf tapdı
AFFA milli komandalara koordinator gətirir. Aşağı yaş qruplarınd…
AFFA milli komandalara koordinator gətirir. Aşağı yaş qruplarından ibarət yığmalara rəhbərlik edəcək mütəxəssis əcnəbi olacaq.
Futbolinfo.az xəbər verir ki, əslində, bu ideya sabiq baş məşqçi Qurban Qurbanova məxsusdu. O, bu vəzifənin təsis edilməsini baş katib Elxan Məmmədova təklif etmiş, əcnəbi namizədin olduğunu da bildirmirdi. AFFA rəsmisi isə məsələni uzatmış, sonda Qurbanovun istefaya göndərilməsinə nail olmuşdu.
Lakin indi katib bu ideyadan özü faydalanır. O, lazım olduğu əsaslandırılan vəzifə üçün yeni adam tapıb. U-17 və U-21-in yeni baş məşqçiləri təsdiq olunanda koordinatoru da tanıyacağıq.
Həmin şəxs AFFA-nın texniki direktoru Bernard Lippertin müavini kimi təqdim olunacaq, daha sonra isə onu əvəz edəcək. Çünki assosiasiya alman mütəxəssislə tezliklə bitəcək müqaviləni yeniləmək niyyətində deyil. İllərdi ölkəmizdə fayda vermədən çalışan Bernarddan narazılıq çoxdu və onu yola salmaq məsləhət bilinib. Lippert isə xələfini özü müəyyənləşdirib və AFFA-ya təqdim edib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…