Dünya futbolu
Messi yenə fərqləndi
“Barselona” İspaniya La Liqasının 17-ci turunda öz…
“Barselona” İspaniya La Liqasının 17-ci turunda öz meydanında “Selta”nı 2:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmada bir qol vurub, bir də məhsuldar ötürmə edən Lionel Messi, məhsuldar ötürmələrinin sayını 23-ə çatdırıb.
Bununla da, o, 2018-ci ildə La Liqada çıxış edən futbolçular arasında bütün turnirlərdə ən çox məhsuldar ötürmə verən oyunçu olub.
Messidən sonra Luis Suares (“Barselona”, 21), Antuan Qrizmann (“Atletiko”, 16), Pablo Sarabiya (“Sevilya”, 13) və Xordi Alba (“Barselona”, 13) ən çox məhsuldar ötürmə verən futbolçular olub.