Bizi izləyin

Ölkə futbolu

Futbola cavabdehlər bölgələrə ölkə prezidentindən daha az səfər edir

Vaxt var idi ölkə prezidenti bölgələrdə inşa edilən m&…

blank
Vaxt var idi ölkə prezidenti bölgələrdə inşa edilən müasir stadionların açılışlarında həvəslə iştirak edirdi, yeni klublar yaradılırdı, köhnələr bərpa edilirdi… "2005-2015 futbola dair Dövlət Proqramı"nın qəbul edilməsinə şərait yaradılmışdı. Bunun nəticəsində neçə-neçə dövlət qurumları, şirkətlər, iş adamları futbola cəlb edildi.
 
2004/05-ci futbol mövsümündə stadionlara 10, 15, 20 min azarkeş gəlirdi. Futbola maraq, inam günü-gündən artırdı. Çempionatın, klubların səviyyəsi, imkanları getdikcə çoxalırdı… Xalqda, azarkeşlərdə yaxın gələcəkdə ciddi uğurların qazanılmasına böyük inam yaranmışdı.
 
İlk cizgilər özünü çox gözlətmədi. "Birlik kuboku"nda "Neftçi", "Xəzər Lənkəran", "İnter"in qazandıqları kuboklar futbol ictimaiyyətini daha böyük qələbələrə ümidləndirirdi. Düşmən "Pünik"i canını aradan çıxmaqla qurtarırdı, finalda vurduğumuz qolları Blatter, Platini ayaq üstə alqışlayırdı…
 
Artıq xəyal görünən UEFA qrupları arzulanırdı. İlk olaraq bu tarixi missiyanı flaqmanlığına uyğun "Neftçi" öz üzərinə götürdü. 2012-ci ildə Çempionlar Liqasının 1/4 finalında Madrid "Real"ı qarşılaşmiş APOEL üzərində möhtəşəm səfər qələbəsilə qrup yolları açıldı. Növbəti il "Qarabağ" davamını gətirdi.
 
Daxili rəqabət ildən-ilə artırdı. Bütün iddialı klublarımız qruplara can atırdı. Bunun nəticəsində "Qəbələ" də ardıcıl Avroliqa qruplarını qazandı, "Qarabağ" isə ötən mövsüm ÇL qrupuna çıxmaqla yeni tarix yazdı…
 
Azərbaycana kimlər gəlmədi, məcbur edilmədi? "İnter", Çelsi", "Atletiko", Roma", "Tottenhem", "Borussiya", "Sportinq", "Arsenal"… Artıq azarkeşlərimiz "Rubin", PAOK, Sent-Etyen", "Olimpiakos", "Dnepr" və digər güclü klubları sıradan rəqiblər sayırdı…
 
Çempionatda da mübarizə amansız idi. "Neftçi", "Xəzər Lənkəran", "Karvan", "Bakı", "Qarabağ", "Qəbələ", İnter"in hər mövsüm mütləq çempionluğa oynaması, "Turan", "MKT Araz", "Simurq", AZAL-ın Avropaya can atması hər turu, hər oyunu baxımlı edirdi, 10 minlərlə azarkeş tribunaları doldururdu. "Neftçi" – "Xəzər Lənkəran" "Böyük oyun"larının əks-sədası ölkə hüdudlarını aşırdı. Dolu tribunalı Gəncə azarkeşləri "Kəpəz"in dirçəlməsini düşünürdü. Blokadada olan Naxçıvan "Araz"ı həvəslənirdi. Mingəçevir, Qusar, Şəmkir, Qazax və digər şəhər və rayonlarımız ümidlə böyük futbolun yolunu, köklü klubların bərpasını gözləyirdi…
 
Klublarımızın uğurları fonunda millimiz bərbad oyunu, biabırçı nəticələri ilə balansı pozurdu. Daha doğrusu, klubların uğurları futbola cavabdehləri rahat buraxmırdı. Azarkeşlər klublar kimi millidən də nəticələr tələb edirdilər…
 
Artıq, "ölkədə futbol zəifdi", "futbolçu yoxdur" adıyla bəhanələr gətirə bilmirdilər. İlham Əliyevin klubların nailiyyətlərinə həssas yanaşması milliyə məsulların canına vəlvələ salmışdı. Klubların "partizan"lığı, nəticələri onlara rahat yatmağa imkan vermirdi. Havaya sovrulan 100 milyonlarla vəsaitin hər an hesabatı istənilə bilərdi…
 
Nə yazıq ki, futbol adına deyil, şəxsi məqsədlər, yerlərinin qorunması, istər yuxarıları, istərsə ictimaiyyəti yanıltmaq, aldatmaq üçün əməli addımlara əl atıldı. Vəzifələr, kifayət qədər maliyyə imkanları əllərində cəmləşmişdi. Onsuz da futbolda olan haqsızlıqlara görə "Karvan", "MKT- Araz" kimi imkanlı və digər ortabab klublar dağılmışdı. Klub idarəçiliyində olan boşluqlar da prosesi sürətləndirirdi…
 
Ölkə futbolunda bacarıqsız idarəçiliyi ört-bastır etmək üçün cavabdehlər tərəfindən məkrli plan hazırlandı. Klubların dağıdılması, zəiflədilməsi, ələ keçiriməsi yolunda İcraiyyə Komitəsi 2013-cü ildə şuralaşma ilə bağlı xüsusi qərar qəbul etdi.
 
İlk olaraq "Neftçi" blokadaya alındı, zəiflədildi. "Xəzər Lənkəran", "Bakı"nın çöküşünə, sonda dağılmasına təkan verildi. "İnter"in çoxdankı plan üzrə adı dəyişdirildi, "Simurq", AZAL tükəndi. Klub idarəçiliyində buraxılan ciddi səhvlərlə birgə məsələlər bilərəkdən sürətləndirilirdi, qarşısı alınmırdı. AFFA tərəfindən ikili müqavilələrə göz yumulması, lazımı qərarların verilməməsi milyonlarla dollarların mənimsənilməsinə şərait yaradırdı. Vaxtında qarşısı alınsaydı, bu gün heç bir klub dağılmazdı, ayaqda durardı…
 
Nə qədər acınacaqlı durum yaransa da belə, şuralaşmayan, bundan imtina edən klublar, əsasən də "Qarabağ", "Qəbələ" futbolu dağıdanların məkrli niyyətlərini uzadırdı. Futbolun bataqlığa sürükləndiyi dönəmdə qrupların qazanılması sabaha olan bir ümiddir. Futbol tam olaraq dağıdılıb, neçə nəsil futbol genefondu beşikdəcə məhv edilib.
 
Bununla yanaşı, istədiklərinə hələ tam çatmayıblar. Klubların uğurları fonunda millinin fiaskosu bumeranq rolunu oynayır. Artıq haqlı olaraq hesabat istənilməyə başlanılır. Gecə-gündüz təbliğat maşını da istənilən effekti vermir…
 
Millətlər Liqasındakı biabırçı nəticələr, futboldankənar saray oyunları futboldakı xaosu pik nöqtəyə çatdırıb. İndi bütün millilərə əcnəbiləri gətirməklə növbəti hiyləyə əl atılır, vaxt udulmağa çalışılır, yerlərinin qorunması üçün dəridən-qabıqdan çıxırlar. Avropa-2020-nin Azərbaycanda keçirilməsi üçün milyonlarla vəsait xərclənib. İllərdi yaradılan yüksək səviyyəli şəraitə uyğun milli finallara çıxmaq uğrunda mübarizə aparmalıdır.
 
Bölgə futbolunu məhv edib yanlış strategiya ilə 100-dən(!) artıq əcnəbi futbolçu milliləşdirilib və Azərbaycan futboluna ziyandan başqa heç bir faydası olmayıb. Çox vaxt yanlış düşünülür. Azərbaycana İtaliya, Almaniya kimi millilər gəlib. Bəli, gəlib, gətirilməyib. Klublarımız isə qrupları qazanmaqla nəhəngləri Bakıya gəlməyə məcbur edib. Millinin illər ərzində qazandığı "uğurlar"ın nəticəsi, gücü, güzgüsü Millətlər Liqası idi: Kosovo, Malta, Farer adaları. Avropada "D"dən aşağı liqa yoxdur…
 
Vəziyyətdən çıxmaq üçün addımlar atılır, yeni planlar cızılır. Bugünə kimi heç nə alınmadığı kimi bundan sonra da alınmayacaq. Çünki dağıdıcı qüvvələrə yaradıcılıq yad bir məfhumdur. 10-15 ildə olduğu kimi növbəti aylar, illər udulacaq, qazandıqlarının üstünə yüz minləri, milyonları bir qədər də artıracaqlar. Futbol isə daha da tənəzzülə doğru yolunu davam edəcək…
 
İnfrastrukturdan, uşaq futbolundan, təməldən, inkişaf strategiyasından danışmağa dəyməz. Hər il dövlətin, xalqın pullarını istədikləri kimi sorğu-sualsız xərcləyirlər. Çox yaxın keçmişdə açılışları olan müasir stadionlar artıq böyük futbolsuz qalıb. Yarıtmaz futbol idarəçiliyi ilə klublar dağılıb, dağıdılıb. Bölgələrimizdə sovet dövründən qalan idman qurğuları isə uçub dağılır, son nəfəslərini yaşayırlar. Stadionların qazonları mal-qara üçün otlağa çevrilib…
 
Azərbaycan futbol ictimaiyyətinin futbola olan inamı sıfıra endirilib. 8 komandalı açıq "Bakı birinciliyi"nin oyunlarında tribunalar azarkeş fəryadı qoparır. Ümidlər getdikcə tükənir. Deyirlər ümid sonda ölür. Son ümid isə…
 
Azərbaycan futbolunu dirçəltmək, futbola olan inamı qaytarmaq mümkündür. Yetər ki, ciddi və doğru addımlar atılsın, futbolun dağıdılmasına birdəfəlik son qoyulsun!
 
Futbola cavabdehlər bölgələrə ölkə prezidentindən daha az səfər edirlər, futbolun mövcud durumu ilə maraqlanırlar. Xalqla futbol başbilənləri arasında böyük uçurum yaranıb. Avropa ölkələri səfərlərindən xalqa yuxarıdan aşağı, futbolun üzünü qara etdikləri kimi qara millət kimi baxılır. Azərbaycan futbolu "Bayıl Arena" ilə "Dalğa Arena" arasında vargəl edir…
 
blank
 
Nəhayət, 2019-cu ildə futbolda, futbol idarəçiliyində köklü dönüş ili olmalıdır. Başqa yolu da yoxdur! Top mərkəzdədir. Futbolun dirçəlməsi yolunda ilk zərbənin vurulması artıq ölkə başçısındadır! Azərbaycan futbolunu sevənlər, azarkeşlər səbirsizliklə bu anı gözləyirlər. Növbəti ildə, növbəti ad gününə kimi bölgələrimizdə klubların bərpa olunması, yeni-yeni stadionların açılışı, futbola olan inamın qaytarılması arzusu ilə…
 
TAHİR SÜLEYMANOV
blank
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-13 12:03

“Turan Tovuz”la oyuna 3 itki ilə

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm