Dünya futbolu
“Beşiktaş”ın matç zamanı aş yeyən futbolçusu bağışlandı
“Beşiktaş”ın əsas komandanın heyətindən kənarlaşd…
“Beşiktaş”ın əsas komandanın heyətindən kənarlaşdırılan futbolçusu Tolqay Arslan bağışlanıb.
Futbolinfo.az xəbər verir ki, təxminən 2 ay öncə cəzalandırılan və fərdi məşq edən futbolçu həmin vaxt baş verənlərə görə həm rəhbərlikdən, həm də komanda yoldaşlarından üzr istəyib.
Baş məşqçi Şenol Günəş də razılığını verdikdən sonra, 28 yaşlı yarımmüdafiəçi “qara qartallar”ın Antalyada həyata keçirəcəyi təlim-məşq toplanışına aparılacaq.
Xatırladaq ki, T.Arslan Super Liqanın 12-ci turu çərçivəsində keçirilmiş “Beşiktaş” – “Sivasspor” matçı öncəsi heyətdən kənarlaşdırılmışdı. Buna sözügedən futbolçunun 11-ci turda qarşılaşdıqları “Başakşəhər”lə səfər matçının fasiləsində paltardəyişmə otağında aş yeməsi səbəb olmuşdu. Tolqayın oyundan sonra yemək üçün komandaya gətirilən aşı matçın fasiləsində yediyini görən baş məşqçi Ş.Günəş özündən çıxıb və ona sərt şəkildə irad bildirmişdi. Tolqay isə baş məşqçisinə onsuz da, onu meydana buraxmadığını, daim ehtiyatda saxladığını xatırlatdığında, Ş.Günəş futbolçunu heyətdən uzaqlaşdırmağa qərar vermişdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq