Dünya futbolu
Yap Stamın yeni iş yeri bəlli oldu
Hollandiyalı mütəxəssis Yap Stamın yeni iş yeri müəyy?…
Hollandiyalı mütəxəssis Yap Stamın yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, “Zvolle”nin baş məşqçisi təyin olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.
Stam peşəkar futbolçu karyerasına məhz “Zvolle”də başlayıb. PSV, “Maneçter Yunayted”, “Latsio”, “Milan”, “Ayaks” kimi klublarda da forma geyinmiş Yap 2007-ci ildə karyerasını başa vurub. 2009-cu ildən məşqçilik edən 46 yaşlı mütəxəssis 2016-2018-ci illər aralığında “Ridinq” klubunun baş məşqçisi olub.
“Zvolle” Hollandiya çempionatında geridə qalan 17 tur ərzində 15 xal toplayıb və 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq