Dünya futbolu
“Benfika” baş məşqçisiz qaldı
Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Rui…
Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Rui Vitoriya ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefaya komandanın bu mövsüm o qədər də uğurlu çıxış etməməsi səbəb göstərilir.
“Benfika” Portuqaliya çempionatında 15 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.
Rui Vitoriya sözügedən komandanı 2015-ci ildən çalışdırırdı. Onun rəhbərliyi altında “Benfika” 2 dəfə Portuqaliya çempionu olub, eyni sayda ölkə kubokuna sahib çıxıb, 1 dəfə isə superkubokun qalibi adını qazanıb.
Portuqaliya klubu Avropa Liqasının 1/16 final mərhələsində Türkiyə çempionu “Qalatasaray”ın rəqibidi.