Dünya futbolu
Premyer Liqa klubunda yeni müqavilə
İngiltərənin “Tottenhem” klubu futbolçusu Tobi A…
İngiltərənin “Tottenhem” klubu futbolçusu Tobi Alderveyreldin müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı müdafiəçiylə mövcud müqavilə 2019-cu ilə kimi nəzərdə tutulsa da, sözləşmədə olan, müqavilənin 1 illik artırılması maddəsindən istifadə edildiyi bildirilir. Alderveyreld 2020-ci ilin yayına qədər "Tottenhem"in uğurları üçün çalışacaq.
Alderveyreldlə “Mançester Yunayted” yaxından maraqlanırdı.
29 yaşlı futbolçu 2015-ci ildə “Atletiko”dan London klubuna keçib.